Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” ən ucuz 5G smartfonunu təqdim edib.
Banker.az xəbər verir ki, model “Galaxy A13 5G” adını alıb. O, “MediaTek Dimensity 700 5G” prosessoru, 6.5 düymlük IPS-displey, 5 MP ön və 50 MP + 2 MP + 2 MP arxa kameralarla ilə təchiz edilib.
“Galaxy A13 5G” modelinin operativ yaddaşı 4 GB, daxili yaddaşı isə 64 GB təşkil edir. Bununla yanaşı, cihaz 1 TB-dək “microSD” dəstəkləyir. Smartfon “Android 11” əməliyyat sistemi və “One UI” interfeysini alıb.
“Samsung”un bu cihazının qiyməti 250 dollar təşkil edir. Açıq satışların ABŞ-da dekabrın 3-də başlaması planlaşdırılır. Avropa bazarlarında “Galaxy A13 5G” modelinin çıxması ilə bağlı hələki məlumat yoxdur.