10 C
Baku
Friday, October 25, 2024

“Samsung” 5G dəstəkləyən Galaxy A52 smartfonunu təqdim etdi – Foto

“Samsung” martın 17-dən etibarən satışa çıxarılacaq büdcəli A52 və A72 smartfonlarını təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

A52 modeli üçün tövsiyə olunan qiymət 370 AZN (128 GB) və 450 AZN (256 GB) təşkil edir. A72 smartfonu üçün isə qiymət 495 AZN (128 GB) və 550 AZN (256 GB) kimi təyin edilib.

Galaxy A72 tabs7plus spen budspro watchactive2 smarttag bookion2 751x563 1

Smartfonlar qara və mavi rənglərlə yanaşı, lavanda çalalarında da mövcud olacaq. Modellər dörd modullu 64 MP və 32 MP kameralarla təchiz edilib. Qeyd edək ki, bu modellər 4K-video çəkiliş funksiyasını dəstəkləyir. 

Galaxy A52 handson violet 751x563 1

Galaxy A52 6.5 düym, Galaxy A72 isə 6.7 düym ekrana sahibdir. A52-nin batareya tutumu 4500 mAh, A72-nin isə 5000 mAh təşkil edir. Şirkət bu smartfonların iki günə qədər zaryadka saxlaya biləcəyini iddia edir. 

Galaxy A52 lifestyle black 751x563 1

Beşinci nəsil rabitə texnologiyasını (5G) dəstəkləyən smartfonun qiyməti 429 avro təşkil edəcək. Bu model iPhone 12 mini üçün alternativ sayılır. 

Son xəbərlər
Digər xəbərlər