“Samsung” 82 milyon “Galaxy” cihazında USDC köçürmələrini istifadəyə verir

Cənubi Koreyanın texnologiya şirkəti “Samsung” ABŞ-da 82 milyon uyğun “Galaxy” cihazı üçün “Samsung Wallet” daxilində USDC steyblkoin köçürmələrini istifadəyə verməyə hazırlaşır. Banker.az şirkətin açıqlamasına isrtiadən xəbər verir ki, xidmət oktyabrın son həftəsində aktivləşdiriləcək.

İstifadəçilər USDC-ni uyğun kripto cüzdanlarına saniyələr ərzində və köçürmə komissiyası olmadan göndərə biləcəklər. Bundan əlavə, vəsaiti 60-dan çox ölkədə uyğun bank hesablarına yönləndirmək mümkün olacaq və alıcı pulu yerli valyutada ala biləcək.

Funksiya ayrıca kripto tətbiqi deyil, birbaşa “Samsung Wallet”a inteqrasiya ediləcək. İlk mərhələdə dəstəklənən steyblkoin USDC olacaq. Xidmət “Coinbase” və “Bastion” ilə birlikdə həyata keçiriləcək, texniki blokçeyn infrastrukturu isə “Solana” və “Sui” kimi tərəfdaşlar tərəfindən təmin ediləcək. “Sui” şəbəkəsində USDC köçürmələri şəbəkə komissiyası olmadan həyata keçirilə biləcək. “Solana” da “Samsung Wallet” daxilində sərhədlərarası USDC köçürmələrinin əsas şəbəkələrindən biri olacaq.

“Samsung” gələcəkdə steyblkoinlərlə həm onlayn, həm də fiziki mağazalarda “Galaxy” cihazını terminala yaxınlaşdırmaqla ödəniş imkanını əlavə etməyi də nəzərdən keçirir. ABŞ-dakı ilkin buraxılışdan sonra xidmətin digər bazarlara genişləndirilməsi planlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər