21 C
Baku
Friday, October 3, 2025

“Samsung” 92,86% dəqiqliklə fikirləri oxuyan qulaqlıqlar təqdim edib

Cənubi Koreya şirkəti “Samsung” insanın fikirlərini şərh etmək qabiliyyətinə malik yeni qulaqlıqlar təqdim edib. Bu barədə şirkətin rəsmi press-relizində deyilir.

Cihazın adı “Ear-EEG”dir və o, adi simsiz qulaqlıqlar kimi qulağa taxılır. Elektroensefaloqrafiya üçün nəzərdə tutulmuş bu cihaz Cənubi Koreyada yerləşən Hanyang Universiteti alimləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Qurğu laboratoriya şəraiti xaricində beyin fəaliyyətini toplamaq və təhlil etmək üçün nəzərdə tutulub və hazırda işlək prototip formasındadır.

Texnologiya nəhəngi qurğunun istifadə sahələri üzrə bir neçə variant nəzərdən keçirir. Xüsusilə, “Ear-EEG” təhsil sahəsində insanın diqqət səviyyəsini və yorğunluğunu qiymətləndirmək üçün faydalı ola bilər. Bundan əlavə, kiçik qurğu marketinq araşdırmalarında da tətbiq oluna bilər. Məsələn, iştirakçılara videolar göstərilən bir təcrübədə onların həmin materiallara simpatiyası və ya antipatiyası barədə məlumat toplanıb.

Cihaz süni intellekt əsasında işləyir. “Samsung” nümayəndələri bildiriblər ki, “Ear-EEG”in sınaqları zamanı ölçmələrin dəqiqliyi 92,86% təşkil edib. Qurğunun tam versiyasının dəqiq satış tarixi hələ məlum deyil.

Son xəbərlər
Digər xəbərlər