“Samsung” şirkəti Barselonada açılan “Mobile World Congress 2024” toplantısında “Galaxy Ring” adlı yeni cihaz təqdim edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Cənubi Koreya istehsalçısı yeni aksessuar haqqında ətraflı məlumat açıqlamayıb. Üzük “Samsung” istifadəçinin bədəninin müxtəlif parametrlərini izləmək üçün bir neçə sensorla təchiz edilib. Onu gecə-gündüz rahat taxmaq imkanı var. Üzükdən toplanan məlumatlar özəl “Samsung Health” tətbiqi tərəfindən təhlil ediləcək.
“Samsung Galaxy Ring”in buraxılış tarixi açıqlanmayıb, lakin bunun 2024-cü ilin sonundan əvvəl baş verəcəyi gözlənilir. Xatırladaq ki, “Samsung Galaxy Ring”in elanı yanvar ayında “Galaxy Unpacked 2024” tədbiri zamanı baş tutmuşdu.