8 C
Baku
Thursday, December 12, 2024

“Samsung” aşağı büdcəli Galaxy S20 FE smartfonunu təqdim edib – Video

“Samsung” şirkəti aşağı büdcəli Galaxy S20 Fan Edition (FE) smartfonunu təqdim edib. Qeyd edildiyi kimi, yeni modelin inkişaf etdirilməsində brendin pərəstişkarlarının bütün istək və rəyləri nəzərə alınıb.

Bu barədə Banker.az “Vc.ru”ya istinadən xəbər verir.

Smartfon “Exynos 990” prosessoru, 6,5 düymlük Super AMOLED ekranı və 32 MP-lik (12 MP, 12 MP və 8 MP) qabaq kamera ilə təchiz edilib. Bundan əlavə, yeni modeldə 30 qat “zoom” funksiyası olacaq.

Şirkətin verdiyi məlumata görə, bu smartfonda akkumulyatorun tutumluluğu 4500 mAh təşkil edir. Üstəlik, S20 FE smartfonda simsiz enerji toplama ffunksiyası var ki, onun vasitəsi ilə digər cihazları “zaryadka”ya qoymaq mümkündür.

Korpus matdır və altı müxtəlif rəngdə mövcuddur. Mütəxəssislərin qiymətləndirmələrinə görə, şirkətin rəsmi internet-mağazasında cihazın ilkin qiyməti təxminən 1 115 AZN təşkil edəcək.

Bundan əlavə, istifadəçilər yenilənmiş “Samsung Care” proqramını ala biləcəklər. Bu proqramın qiyməti isə təqribən 150 AZN-dir.

https://youtu.be/DUMgvHmpxtg

Son xəbərlər
Digər xəbərlər