27 C
Baku
Saturday, July 27, 2024

“Samsung” avqustun 5-də beş yeni mobil cihaz təqdim edəcək

“Samsung” şirkəti avqustun 5-də keçiriləcək “Unpacked” onlayn tədbirdə beş yeni mobil cihaz təqdim edəcək. Banker.az xəbər verir ki, bu barədə şirkətin mobil rabitə şöbəsinin rəhbəri Te-mun Ro məlumat verib.

“Bu il Galaxy Unpacked tədbirində beş güclü cihaz nümayiş etdirəcəyik, – mütəxəssis vurğulayır. – Bu cihazlar həyatınızı daha dolğun edəcək”.

Te mun Ro

Te-mun Ronun verdiyi məlumatlara və son sızmalara əsaslanaraq, “Unpached 2020” tədbirində bu cihazların nümayiş etdiriləcəyini güman edə bilərik: Galaxy Note 20, Note 20 Plus və Note 20 Ultra smartfonu, Galaxy Buds Live qulaqcıqları və yeni “ağıllı” saat modeli.

“Biz mobil texnologiyaları daha intellektual, faydalı və təhlükəsiz edirik”, – Ro yazır. Şirkət əsasən üç prioritet istiqamətdə çalışdığını bildirir. Birincisi – innovasiya. İkincisi – tərəfdaşlıq münasibətlərinin inkişafı. Üçüncüsü – çevik reaksiya.

“Pandemiya bizim üçün böyük dərs oldu, – Cənubi Koreya nəhənginin meneceri söyləyir. – O, mövcud şəraitə daha çevik uyğunlaşmağı tələb etdi. Biz tərəfdaşlarımızın və əməkdaşlarımızın sağlamlığının qeydinə qalmaqla yanaşı, yeni şəraitdə iş üçün dayanıqlı fundament yaradırıq”.

Son xəbərlər
Digər xəbərlər