9 C
Baku
Thursday, December 26, 2024

“Samsung” Azərbaycan bazarında liderliyini saxlayır – ölkənin mobil telefon bazarında payını artırdı

Bu ilin mart ayında Azərbaycanın mobil telefonları bazarında “Samsung”un payı ötən ilin eyni ayı ilə müqayisədə 1.1 faiz bəndi artırıb.

Banker.az “Global Stats” statistika mərkəzinin hesabatına əsasən xəbər verir ki, bu ilin mart ayında “Samsung”un ölkə üzrə bazar payı 42.91% təşkil edib. Populyarlığına görə “Samsung” ölkənin mobil telefon bazarında lider olaraq qalır.

Bu ilin mart ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı ötən ilin eyni ayı ilə müqayisədə 2.78 faiz bəndi azalıb. “Xiaomi”nin ölkə üzrə bazar payı 31.31% təşkil edib.

Üçüncü yerdə bazar payı 17.92% olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb. Apple  ölkənin mobil telefon bazarında payını illik müqayisədə 0.88% artırıb.

Digər mobil telefon istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: “Huawei” – 3.39%, “Realme” – 0.77%,  Honor 0.84% və s.

Son xəbərlər
Digər xəbərlər