12 C
Baku
Cümə axşamı, May 26, 2022

“Samsung” bank kartları üçün biometrik skaner təqdim edib

“Samsung Electronics” şirkəti bank kartlarını başqalarının istifadəsindən qoruya bilən biometrik skaner təqdim edib. Bu barədə şirkətin rəsmi saytında deyilir.

Skaner dünyanın ilk hibrid ödəniş kartı çipi ilə birləşdirilib. “S3B512C” adlanan bu çip məlumatı təhlükəsizlik modulunda saxlayır və quraşdırılmış prosessordan istifadə edərək təhlil edir.

İlkin olaraq yenilik yalnız bank kartları üçün nəzərdə tutulsa da, gələcəkdə onun qadjetlərdə də istifadə edilməsi nəzərdə tutulur. Çiplər biometrik autentifikasiya tələb edən istənilən cihaza uyğun gəlir.

download 8

Biometrik skaner klaviaturada PIN-kod daxil etmək ehtiyacını aradan qaldıracaq. Beləliklə, fırıldaqçılar üçün itirilmiş cihazlardan və ya oğurlanmış ödəniş kartlarından istifadə etmək daha çətin olacaq.

Sistem artıq “Mastercard” tərəfindən sertifikatlaşdırılıb və “CC EAL 6+” təhlükəsizlik standartlarına uyğundur. Texnologiyadan istifadə edən ilk müştərilərin bank şirkətləri olacağı gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər