9 C
Baku
Friday, December 13, 2024

Samsung bankçılıq üçün səsli köməkçini işə saldı

Banker.az xəbər verir ki, Cənubi Koreyada Samsung Pay mobil ödəniş tətbiqetməsindən istifadə edənlər Samsung S8 və S8 Plus smartfonlarında P2P-köçürmələr və hesabın balansının yoxlanılması zamanı səsli əmrlərin köməkliyi ilə Bixby səsli köməkçidən istifadə edə biləcəklər.

Tranzaksiya üçün identifikasiya məqsədilə Samsung Pass vasitəsilə barmaq izinin və yaxud gözün skan edilməsindən istifadə ediləcək. Hazırda bu funksiya Samsung Pay servisini dəstəkləyən banklar (Woori Bank, Shinhan Bank və KEB Hana Bank da daxil olmaqla) tərəfindən buraxılan kart sahibləri üçün keçərlidir.

Qeyd edək ki, Samsung şirkəti Bixby-ni cari ilin mart ayında Samsung Galaxy S8 və S8 Plus smartfonlarının təqdimatı zamanı təqdim etmişdi.

Son xəbərlər
Digər xəbərlər