14 C
Baku
Thursday, March 28, 2024

“Samsung Biologics” Cənubi Koreyada 6 mlrd. dollar sərmayə yatıracaq

“Samsung Biologics” kompaniyası Cənubi Koreyada yeni biotexnoloji istehsal müəssisəsinin tikintisinə 6 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Yonhap informasiya agentliyi bu barədə kompaniyanın rəhbəri Con Rimə istinadla məlumat yayıb.

“Bio Campus II” adlanan yeni obyekt Seulun qərbində, İnçhondakı “Sonqdo” Beynəlxalq Biznes Mərkəzində yaradılacaq.

Bu, kompaniyanın biotexnologiya sahəsində qlobal liderə çevrilmək məqsədilə istehsalı genişləndirmək strategiyasının bir hissəsidir. “Samsung Biologics” yeni müəssisədə məhsullarının çeşidini genişləndirməyi, xüsusən də gen terapiyasından istifadə edərək dərman preparatları hazırlamağı planlaşdırır.

“Chosun Ilbao” nəşrinin məlumatına görə, yeni kompleksin sahəsi 357 min kvadratmetr olacaq, kompaniyanın istehsal həcmi isə iki dəfədən çox artacaq. İstehsalın genişlənməsinin bazarda bolluğuna gətirib çıxaracağı qorxusu ilə bağlı suala cavab olaraq Con Rim qeyd edib ki, şirkətin hələ ümumi məbləği 85 milyard dollar olan yerinə yetirilməmiş böyük sifarişlər portfeli var.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər