19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“Samsung” bütün dünya üzrə televizorları blok edə biləcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Samsung” şirkəti oğurlanmış cihazları bloklamaq üçün yeni “TV Block” texnologiyasını təqdim edib.

Banker.az “rİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bleeping Computer” portalı məlumat verib.

Korporasiyanın nümayəndələri hesab edirlər ki, bu funksiya təhlükəsizliyi təmin edəcək və televizorların oğurlanması hallarını azaldacaq – qurğular yalnız qanuni sahiblər tərəfindən alqı-satqı sənədləri ilə istifadə olunacaq.

Şirkətdə “TV Block” funksiyasının necə işlədiyini izah ediblər: televizoru internet şəbəkəsinə qoşandan sonra xüsusi alqoritm oğurlanmış və ya qanunsuz satılan məhsulların siyahısındakı cihazın seriya nömrəsini yoxlayacaq. Nömrələr uyğun gəldiyi təqdirdə, proqram televizorun qanunsuz olaraq ələ keçirildiyini müəyyən edəcək və avtomatik olaraq bütün funksiyalarını bloklayacaq.

Bildirildiyi kimi, yeni proqram təminatı markanın bütün televizorlarında aktivləşəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər