14 C
Baku
Friday, November 8, 2024

“Samsung” Çindəki ən iri satış mərkəzini bağlayır

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Çində yayılmış koronavirusla (2019-nCoV) əlaqədar bu ölkədəki ən iri satış mərkəzini müvəqqəti bağlayacaq.

Bu barədə şirkətin nümayəndəsi bildirib. 

“Çindəki satış mərkəzimizi təhlükəsizliklə bağlı fevralın 9-na qədər bağlamaq qərarına gəlmişik. İşlərin bərpası ölkədəki vəziyyətdən asılı olacaq”, – o qeyd edib. 

Sözügedən mərkəz ötən ilin oktyabr ayında Şanxayda açılıb və 800 kvadratmetr ərazini əhatə edir. 

Xatırladaq ki, fevralın 1-də ABŞ-ın “Apple” korporasiyası da Çindəki satış mərkəzlərinin işini fevralın 10-na qədər dayandırdıqlarını elan edib.

©Report

Son xəbərlər
Digər xəbərlər