8 C
Baku
Friday, March 29, 2024

“Samsung” çip istehsalına $17 mlrd. sərmayə qoyacaq

“Samsung” ABŞ-ın Texas ştatının Taylor şəhərindəyarımkeçiricilər zavodu inşa etmək niyyətindədir.

Banker.az xəbər verir ki, verilən məlumata görə, tikinti şirkətə 17 milyard dollara başa gələcək. Bu barədə yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.

Cənubi Koreyanın elektronika istehsalçısı zavodda işləmək üçün təxminən 1800 insanı işə götürməyi planlaşdırır ki, bu da ona gələcəkdə çip qıtlığı problemindən qurtulmağa kömək etməlidir. Taylor zavodunda mikroçiplərin istehsalına 2024-cü ildən sonra başlanılacaq.

Qeyd edək ki, Texas zavodu “Samsung”un avqustun sonunda təqdim etdiyi genişmiqyaslı planın yalnız bir hissəsidir. Şirkət bu proqrama 205 milyard dollar sərmayə qoymağa hazırdır və üç il ərzində 40 min nəfəri işlə təmin etmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər