11 C
Baku
Tuesday, November 5, 2024

Samsung da smartfonların işini yavaşlatmaqda ittiham olunur

İtaliya Antimonopol Xidməti Sansung şirkətinin yeni cihazları irəli sürmək məqsədi ilə bilərəkdən köhnə smartfonların işini yavaşlatmaq cəhdlərini araşdırır.

Banker.az Independent nəşrinə istinadən xəbər verir ki, xidmət həmçinin Apple şirkətinin qanunu pozduğundan da şübhələnir.

Xidmət Samsung şirkətini ümumi kommersiya siyasəti yaratmaqda, öz məhsullarının istifadə müddətini bilərəkdən azaltmaqda və istehlakçıları yeni versiyaları almağa vadar etməkdə ittiham olunur.

Antimonopol Xidməti həmçinin qeyd edir ki, hər iki şirkət cihazın işini ləngidən proqram təminatı yenilənməsi buraxıb. Bununla belə, şirkət nümayəndələri istifadəçilərə mümkün nəticələr ilə bağlı xəbərdarlıq etməyib.

Son xəbərlər
Digər xəbərlər