10 C
Baku
Sunday, December 22, 2024

“Samsung Electronics” səhmləri “buy back” elanından sonra artmağa davam edir

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının səhmlərinin kotirovkaları Seulda bugünkü ticarətin açılışında 7.5% bahalaşıb, “Bloomberg” yazır. Xatırladaq ki, bundan əvvəl şirkət  7.2 milyard dollarlıq “buy back” – səhmlərin geri alışını elan edib.

“Samsung Electronics”in cümə günü verdiyi açıqlamaya görə, şirkət 50.1 milyon adi və 6.9 milyon imtiyazlı səhmi geri almaq niyyətindədir. Bu, Koreya şirkətinin 2017-ci ildən bəri ilk geri alışıdır.

Oktyabrın sonunda “Samsung” üçüncü rübdə gəlirinin 17%, mənfəətinin isə 73% artdığını açıqlayıb. Güclü ümumi nəticələrə baxmayaraq, investorlar yarımkeçiricilər bölməsinin rüblük gəlirinin 40% azalması ilə bağlı narahatdırlar. “Samsung” bəyan edib ki, o, süni intellekt sistemləri üçün qabaqcıl çiplərin satışını artırmağı hədəfləyir. Şirkət bu sahədə “Nvidia” və “SK Hynix” ilə rəqabət aparır.

Son xəbərlər
Digər xəbərlər