8 C
Baku
Thursday, December 12, 2024

Samsung Ericsson şirkətinə $650 milyon ödəyəcək

Koreyanın Samsung Electronics şirkəti isveçli Ericsson şirkətinə patent tələblərini dayandırmaq üçün 650 milyon dollar ödəyəcək.

Ericsson şirkəti Samsung şirkətini 2012-ci ildə məhkəməyə vermişdi, tezliklə İsveç şirkətinə də cavab iddiası gəlmişdi.

Hər iki şirkət 2001-ci ildə lisenziya müqaviləsi imzalamışdı və bu zaman Samsung şirkəti öz telefonlarında şəbəkənin patentlərindən istifadə etmək məqsədilə Ericsson-a müraciət etmişdi. Müqavilə 2007-ci ildə yenilənmişdi. 2011-ci ildə isə müqavilənin müddəti bitdikdə Ericsson şirkəti tələb edilən məbləği artırmağı qərara aldı.

Şirkət Samsung-la imzalanmış müqavilənin konkret ödəniş səviyyəsini və müddətini bildirməmişdi. Lakin şirkətin əqli mülkiyyət direktorunun sözlərinə görə, müqavilə 3 və yaxud 5 il davam edə bilər.

Son xəbərlər
Digər xəbərlər