Barselonada keçirilən “MWC 2024” texnologiya sərgisində “Samsung” yeni innovativ məhsul – Polar ID biometrik identifikasiya texnologiyasını tədim edib. Bu yenilik şəxsi təhlükəsizlik və cihazlardan istifadənin rahatlığı sahəsində yeni üfüqlər açaraq, smartfonunuzu üz vasitəsilə açmağa imkan verəcək.
Mütəxəssislər vurğulayırlar ki, yenilikçi yanaşması sayəsində Polar ID “Apple”ın Face ID texnologiyasına ciddi rəqib ola bilər, nəinki daha qənaətcil, həm də cihazın daxilində əhəmiyyətli dərəcədə az yer tutan həll təklif edir.
Məlumat mənbəyi olan “Android Police” qeyd edir ki, bu inkişaf biometrik texnologiya bazarına əhəmiyyətli təsir göstərə bilər və istifadəçilərə şəxsi məlumatların qorunması üçün daha sərfəli və yığcam variant təqdim edə bilər.