Samsung Galaxy S10-nun fotosu şəbəkəyə sızdı

  •  
  •  
  •  
  •  

Şirkətin rəsmi saytında Ono UI üzlüyü və Android 9.0 Pie əməliyyat sisteminin xarakterik cəhətləri barədə qeydlər yerləşdirilmişdir. Lakin, qeydlərin ilkin versiyasında bir şəkil aşkar edilib. Ehtimal olunur ki, bu, Samsung Galaxy S10 modelinin şəkili olub.

Banker.az bildirir ki,  cihazın görünüşü, verilmiş göstəricilərə tamamilə uyğundur. Məlumat sızıntısından xəbərdar olmuş şirkət əməkdaşları, şəkili dərhal dəyişdirdilər.  Lakin, Reddit istifadəçisi olan qgtx ləqəbli bir şəxs, ilkin şəkili görüb yaddaşda saxladı.

Ehtimal olunur ki, bu sızıntı təsadüfi deyil və planlanmış marketinq strategiyasıdır. Bunu da qeyd etmək lazımdır ki, Galaxy S10 modelinin şəkili, bu modelin rəsmi təqdimatının tarixi açıqlandıqdan sonra yayılıb.


  •  
  •  
  •  
  •