9 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Samsung Galaxy S20 Ultra 5G” smartfonlardan məmnunluq üzrə reytinqdə liderdir

“AnTuTu” resursu smartfonlardan istifadə məmnunluğu üzrə növbəti reytinqi dərc edib.

Reytinqdə istifadəçilərin bu və ya digər smartfondan məmnunluğu əks olunub. Siyahıda birinci yeri istifadəçilərin 98,64 faizinin razı qaldığı “Samsung Galaxy S20 Ultra 5G” modeli tutub. İkinci pillədə cüzi fərqlə “Meizu 17 Pro” smartfonu qərarlaşıb. Bu modeldən istifadəçilərin 98,56 faizi məmnundur. Üçüncü mövqedə 97,91 faizlik göstərici ilə “Honor 30 Pro+” smartfonu yer alıb.

Maraqlıdır ki, ilk beşliyə “Meizu 17” və “Huawei Mate 30 5G” modelləri daxil olduğu halda “Xiaomi” şirkətinin ən yaxşı smartfonu “Mi 10 Ultra” altıncı yerlə kifayətlənməli olub.

Bu modellərlə yanaşı, istifadəçilərin tələblərinə maksimum cavab verən smartfonlar siyahısına “Huawei nova 6”, “Honor Magic 2”, “Vivo X50 Pro+” və “Samsung Galaxy S20+ 5G” (Snapdragon 865) daxildir.

Mənbə:İctnews
Son xəbərlər
Oxşar xəbərlər