6 C
Baku
Monday, February 23, 2026

“Samsung” Galaxy S26 smartfonlarına “Perplexity” süni intellektini inteqrasiya edəcək

“Samsung” “Perplexity” şirkəti ilə tərəfdaşlıq etdiyini açıqlayıb. Şirkətin məlumatına görə, istifadəçilər sistemlə “Hey Plex” ifadəsi vasitəsilə əlaqə qura biləcəklər — bunun üçün müvafiq funksiyanı ayarlarda aktivləşdirmək lazım olacaq.

“Perplexity AI” “Galaxy AI” sisteminə inteqrasiya edilən ilk süni intellekt şirkətlərindən biri olacaq. “Perplexity”nin alqoritmləri “Samsung”un bəzi tətbiqlərinə, o cümlədən “Qeydlər”, “Saat”, “Qalereya”, “Təqvim” və “Xatırlatmalar”a daxil ediləcək. Şirkət digər təfərrüatları açıqlamayıb.

“Samsung”un “Perplexity” axtarış sistemini Galaxy S26 smartfonlarına inteqrasiya etməsi ilə bağlı danışıqlar apardığı barədə 2025-ci ilin iyununda “Bloomberg” məlumat yaymışdı. Nəşrin məlumatına görə, “Perplexity” Galaxy S26 xəttində köməkçilərdən biri olacaq və eyni zamanda “Bixby” səsli köməkçisinin tərkib hissəsinə çevriləcək.

Son xəbərlər
Digər xəbərlər