7 C
Baku
Sunday, December 15, 2024

“Samsung Galaxy S7”də əsəb korlayan qüsur aşkarlanıb

“Samsung”un yeni admiral gəmisi “Galaxy S7”lərdə ciddi olmasa da, əsəbləri korlayan qüsur aşkarlanıb.

Dizaynı bəyənilən “Galaxy S7” və “S7 Edge” smartfonlarının “home” düyməsinin çox tez bir müddətdə cızıldığı bəlli olub. Hətta smartfon çox az istifadə olunduqdan belə cızıqlar yaranır.

Bəzi istifadəçilər isə smartfonu yeni alarkən onun “home” düyməsində cızıqlar olduğunu görüblər. Yəni heç istifadə olunmayan telefonlarda da bu problem var. Əsas narahatlıq yaradan məsələ budur ki, cızıqlar nəticəsində “home” öz funksiyalarını tam yerinə yetirə bilmir.

Maraqlıdır ki, “Samsung”un “Apple”, “Huawei” LG, HTC kimi rəqiblərində bu cür problem müşahidə olunmur.

Hələlik “Samsung” bu məsələ ilə bağlı şərh verməyib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər