17 C
Baku
Friday, October 18, 2024

“Samsung” ilk “ağıllı” üzüyünü təqdim edib

“Samsung” şirkəti “Galaxy Unpacked” tədbiri çərçivəsində ilk ağıllı üzüyünü – “Galaxy Ring” cihazını təqdim edib. Üzük titan materialdan hazırlanıb. Cihaz sağlamlıq və idman üçün nəzərdə tutulub: o, qan təzyiqi, nəbz, bədən istiliyi, qanda oksigen səviyyəsi, yuxu keyfiyyəti və digər göstəricilərə nəzarət edə bilir.

Üzük həm də “Samsung Food” xidmətini dəstəkləyir. Həmçinin cihaz itirildikdə onun harada yerləşdiyini xəritədə göstərən “Samsung Find” xidmətinə dəstək də var.

Saatın ölçüsündən asılı olaraq, batareya tutumu 14.5-21.5 mAh arasında dəyişir. Aksesuar bir yükləmə ilə yeddi gün işləyir. İstehsalçı üç rəng seçimini təklif edir: qızıl, gümüş və qara.

Cihazın qiyməti 400 dollar təşkil edir, satışların 19 iyulda başlayacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər