19 C
Baku
Tuesday, April 16, 2024

“Samsung” müqavilənin pozulması səbəbiylə “Apple” dan kompensasiya tələb edir

“Apple” milyonlarla dollarlıq cərimə ödəməli ola bilər. Bunun əsas səbəbi isə iPhone satışlarının aşağı düşməsidir. Şirkət “Samsung” dan çox sayda displey almağı söz verib, lakin smartfonlara tələbat aşağı olduğundan qoyulan sərmayə özünü doğrultmur.

Banker.az xəbər verir ki, “Samsung” şirkəti, müqavilədə göstərilmiş iPhone X, XS və XS Max üçün razılaşdırılmış sayda matris sata bilmədiyinə görə “Apple” dan kompensasiya tələb edir.

Qeyd etmək lazımdır ki, “Samsung Display”  dünyada OLED-panellərin ən iri istehsalçısıdır və OLED-displey bazarının 40%-ni tutur. “Apple” Cənubi Koreya istehsalçısı ilə müqavilə bağlayaraq, iPhone üçün OLED-ekran istehsalı üzrə ayrıca bir zavodun tikilməsini tələb edib.

Kaliforniya nəhəngi ildə 100 milyon displey istifadə etdiyini bildirib, lakin bu proqnoz özünü doğrultmayıb. iPhone X modelinin satışları yaxşı olsa da, “Samsung Display” elə hesab edir ki, “Apple” müqavilə öhdəliklərini tam olaraq yerinə yetirməyib.

ETNews resursunun verdiyi məlumata görə. “Samsung Display” in gəlirləri 4,9 milyard dollardan 2,3 milyard dollara düşüb. Gəlirlərin düşməsini kompensasiya emtək üçün, şirkət “Apple” dan kompensasiya almaq niyyətinə düşüb.

KİV-in verdiyi məlumata görə, “Apple” cərimə ödəməyə razı deyil və qarşı tərəfə məsələnin digər həlli yollarını axtarmağa təklif edir. Onlardan biri – OLED-panellərin digər qurğular üçün təchizatı, məsələn, planşet və noutbuklar üçün.

Mütəxəssislərin fikrincə, iPhone satışlarının kəskin azalması istifadəçilərdə görür. Belə ki, istifadəçilər öz cihazlarını yeniləməyə tələsmirlər. İndi onlar smartfonlarını təqribən üç ildən bir dəyişirlər.

Analitiklərə görə “Apple” üçün bir neçə neqativ faktor rol oynayıb: iPhone smartfonlarının köhnə modellərinin yüksək istehsalı, akkumulyatorun dəyişdirilməsi proqramının olması, flaqman modellərə qiymətlərin qaldırılması və innovasiyaların olmaması.

Tədqiqat şirkətinin məlumatlarına görə, bu il də iPhone cihazlarına köklü dəyişiklər olmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər