Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası iki yerə parçalana bilər.
“Reuters”ə istinadən xəbərə görə, şirkət rəhbərliyi bu variantı nəzərdən keçirəcək. Müvafiq təkliflə ABŞ-ın “Elliot Management” xec-fondu oktyabr ayında çıxış edib.
Bölünmə “Samsung”un təsisçisinin varislərinə “Samsung Gruoup”un ən dəyərli və qiymətli aktivi olan smartfon istehsalı sahəsinə nəzarət imkanı verəcək. “Samsung”un Direktorlar Şurası noyabrın 29-da bu məsələni müzakirə edərək “Elliot”un təklifinə cavab verəcək.
C. Koreya birjası şirkətdən məsələ barədə açıqlama istəyib.
Lent.az