“Samsung” qatlanan “Galaxy F” smartfonunu təqdim edəcəyi tarixi açıqladı

“Samsung” şirkəti cari ilin birinci yarısında “Galaxy F” qatlanan smartfonlarını istifadəçilərin ixtiyarına verməyi planlaşdırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, CES 2019 sərgisi çərçivəsində industriyanın vacib şəxsləri üçün yeni cihazın qapalı təqdimatı olub.

Qeyd olunur ki, şirkət artıq kütləvi istehsala başlamağa hazırdır və 1 milyon ədəd “Galaxy F” smartfonu istehsal etmək niyyətindədir.

Gözlənilir ki, yeni cihazın qiyməti 1 850 ABŞ dolları civarında olacaq.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər