“Samsung” şirkəti kriptovalyuta cüzdanlı yeni smartfon buraxır

0

Samsung şirkəti kriptovalyuta cüzdanlı və blokçeyn-tətbiqləri olan Galaxy Note 10 flaqman smartfonlarının xüsusi versiyasını buraxır. Bu, Klaytn Cənubi Koreya platforması ilə birgə layihə olacaq. Elə bu blokçeyn-platforma ilə əməkdaşlıq şərəfinə smartfon KlaytnPhone adlanacaq. Özəlliyi ondadır ki, alıcılar dərhal bir neçə Klay rəqəmsal valyutası əldə edəcəklər. Cihaz qoşulan kimi adi standart şəkil əvəzinə Klaytn loqotipi görünməyə başlayacaq. Başqa, telefon adi Galaxy Note 10-dan fərqlənməyəcək və onunla eyni qiymətdə olacaq.

Klaytn blokçeyn-tətbiqi, Android  əməliyyat sistemindən istifadə edən istənilən cihazda işləyəcək.  Lakin məhz bu smartfon ondan “tam həcmdə” istifadəyə imkan verəcək. Cihaz ancaq Cənubi Koreyada satılacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Samsung nümayəndəsi WSJ-yə rəy bildirməkdən imtina edib.

Samsung həm də digər bir yeni qatlanan Samsung Galaxy Fold-u satışa verəcək.

Şirkət bu cihazın daha yeni bir versiyasını artıq hazırlayır və onu 2020-ci ildə təqdim edəcək. O, açıq halda adi smartfon kimi görünəcək.

©Bizplus.az