31 C
Baku
Monday, July 22, 2024

“Samsung” şirkəti smartfonda bakteriyaların məhv edilməsi üçün sterilizator təqdim edib

“Samsung” şirkəti mobil qurğular üçün ultrabənövşəyi sterilizator təqdim edib. Qurğu smartfon, qulaqlıq və eynək üçün nəzərdə tutulub.

Sterilizatorun ultrabənövşəyi şüaları 10 dəqiqə ərzində xəstəlik törədən bakteriyaları tamamilə məhv edir. Cihaz, həmçinin mikrobları məhv edir. Dezinfeksiya seansından sonra cihaz avtomatik işini dayandırır.

Sterilizator simsiz enerjidoldurma qurğusu ilə təchiz edilib, ona görə dezinfeksiya etmə zamanı müvafiq smartfonlar və tvs-qarniturlar, həmçinin enerji toplayacaq.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər