10 C
Baku
Friday, October 25, 2024

Samsung şirkətinin vitse prezidenti 5 il müddətinə həbs edildi

Samsung şirkətinin faktiki rəhbəri və vitse prezidenti Lee Jae-yong rüşvət verməyə cəhd etmək, kapital çıxarılması və xəzinədən yeyintiyə görə 5 illik həbs cəzasına məhkum edilib.

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, istintaq məlumatlarına görə, Lee Jae-yong Cənubi Koreyanın keçmiş prezidentinin rəfiqəsinə təqribən 43,3 milyard von (38 milyon dollar) verib. Sözügedən həmin qadın isə Samsung şirkətinin iki filialının birləşdirilməsi zamanı kömək etməyi vəd edib.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Pak Kın He cari ilin yayında vəzifəsindən sui-istifadəyə, böyük şirkətlərə qanunsuz təzyiqlərə və dövlət sirrini yaydığına görə istefaya göndərildi.

Son xəbərlər
Digər xəbərlər