The Guardian qəzetinin verdiyi məlumata görə, smartfon istehsalında dünyanın ən nəhəng şirkətlərindən biri olan Samsung şirkəti əməkdaşlarına mükafat olaraq milyard dollar ayırmışdır.
Bonuslar şirkətdəki daxili islahatların başlanmasının 20 illik ildönümünə həsr olunub. Nəşrin verdiyi məlumata görə, Samsung şirkəti planları yerinə yetirmiş əməkdaşlara aylıq əmək haqqları həcmində mükafatlar verir. Gəlirlərin 20 faiz artımına görə nəzərdə tutulmuş mükafat illik əmək haqqının yarısı qədər ola bilər. Bununla yanaşı, qaydalara görə koreyalı şirkətlərdə qeydə alınmış əmək haqqı rəqib şirkətlərdəki əmək haqqılarından daha azdır.
Samsung şirkətinin verdiyi məlumatlara görə, şirkətin ştatı 270 min nəfərdən ibarətdir. Şirkətin əməkdaşları dünyanın 79 ölkəsində fəaliyyət göstərir.