15 C
Baku
Friday, March 29, 2024

Samsung şirkəti Linux on Dex layihəsini ləğv etdi

 Samsung şirkəti Linux on Dex mühitinin test proqramının ləğv edilməsini elan etdi. Beləliklə bundan sonra Android 10 əməliyyat sistemli cihazlar üçün bu mühitin dəstəyi təqdim olunmayacaq. Bu barədə Opennet.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Linux on Dex mühiti Ubuntu əsasında hazırlanmışdı. Dex cihazı vasitəsilə smartfonun stasionar monitora, klaviaturaya və siçana qoşulması halında Linux on Dex mühiti sayəsində smartfonda tam Linux iş masasını yaratmaq mümkün olurdu. Həmin üsul planşetlər üçün də çalışırdı. Smartfonun HDMI və ya Miracast və WiFi Display texnologiyalarına bənzər digər texnologiyalar vasitəsilə monitora qoşulması ilə tam iş masasının reallaşdırılması məsələsində daşınıla bilən Linux mühiti layihələrindən Maru OSComplete Linux InstallerLinux DeployUserLAndAnLinux və GNURoot-u misal gətirmək olar.

©Technote

Son xəbərlər
Digər xəbərlər