24 C
Baku
Sunday, October 6, 2024

“Samsung” smartfon bazarında “Apple”ı keçərək lider olub

Cənubi Koreyanın “Samsung” korporasiyası 2024-cü ilin birinci rübündə qlobal smartfon bazarında lider olub. Bu barədə “Counterpoint Research”in hesabatında deyilir.

Şirkətin analitikləri “Samsung”u ən böyük smartfon istehsalçısı adlandırıblar – şirkət 20 faiz pay alıb. Koreya İT nəhəngi rübü 17 faizlik payla başa vuran “Apple”ı geridə qoyub. “Xiaomi” 14 faiz payla üçüncü yerdə qərarlaşıb. Sonrakı pillələrdə 8 və 7 faizlə “Oppo” və “Vivo” yer alıb.

Mütəxəssislər həmçinin bildiriblər ki, smartfon bazarında canlanma müşahidə olunub – il ərzində tədarüklər 6 faiz artaraq 296.9 milyon ədədə çatıb.

Son xəbərlər
Digər xəbərlər