“Samsung” smartfonlar və digər kiçik əşyalar üçün ultrabənövşəyi sterilizator təqdim etdi

“Samsung” şirkəti smartfonlar və digər kiçik əşyalar üçün xüsusi cihaz təqdim edib. Banker.az xəbər verir ki, bu cihaz vasitəsilə istifadəçilər ultrabənövşəyi şualar altında əşyalarını 10 dəqiqədə dezinfeksiya edə biləcəklər.

Qeyd edildiyi kimi, cihazın ölçüsü 196*96*33 mm təşkil edir və o, bakteriyaların 99%-ni məhv edir.

Devaysın daxilində əşyaların yuxarı və aşağı səthini dezinfeksiya etmək üçün iki ədəd ultrabənövşəyi lampa var. Dezinfeksiya prosesi 10 dəqiqə davam edir, sonra cihaz avtomatik sönür.

Bundan əlavə, bu dezinfektor smartfon və digər mobil cihazlar üçün simsiz zaryadka kimi istifadə edilə bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları