26 C
Baku
Saturday, July 27, 2024

“Samsung” smartfonlarına kriptocüzdan funksiyasını əlavə edəcək

“Samsung” şirkəti əksər “Galaxy” cihazlarına “Samsung Blockchain Wallet” kriptocüzdanını əlavə etməyi planlaşdırır. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, smartfonlar həmçinin “Ledger Nano S”, “Ledger Nano X” və digər aparat cüzdanlarına qoşula biləcəklər.

“Samsung Blockchain Wallet” kriptocüzdanı bitkoin, eferium, TRON, ERC və TRC dəstəkləyəcək. Bu funksiya həm də smartfon sahiblərinə rəqəmsal aktiv köçürmələrini təsdiqləmək üçün blokçeyn texnologiyasından istifadə edən mərkəzləşdirilmiş tətbiqləri (DApps) işə salmağa imkan verir.

Bundan əlavə, blokçeyn – cüzdana kriptovalyutalara dair xəbər lenti yeridiləcək. İstifadəçi məlumatlarını saxlamaq üçün “Samsung” yeni “Knox” texnologiyasını inkişaf etdirib. Üstəlik, məlumatlar etibarlı prosessorla qorunur və yalnız PİN və ya barmaq izi daxil edilərək əlçatan olur.

Bildirildiyi kimi, cüzdan yalnız “Android 9.0” və daha yüksək versiyalarda işləyən cihazlara əlavə ediləcək.

Xatırladaq ki, daha əvvəl “Samsung” yalnız “Galaxy S20” smartfonlarına blokçeyn-cüzdan funksiyasını əlavə edib. İstifadəçilərə kriptovalyutalarla ticarət etmək imkanını vermək üçün şirkət “Gemini” kriptobirjası ilə əməkdaşlıq etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər