16 C
Baku
Friday, November 22, 2024

“Samsung” strateji sahəyə $356 mlrd. sərmayə qoyur

Cənubi Koreyanın ən böyük korporasiyası “Samsung Group” növbəti beş il ərzində yarımkeçirici, biofarmasevtik və digər yeni nəsil texnologiyaların inkişafına 450 trilyon von (356 milyard dollar) sərmayə qoyacaq.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Açıqlamada deyilir ki, 2026-cı ilə qədər planlaşdırılan investisiya həcmi “Samsung”a çip sektoru kimi strateji sahələrdə uzunmüddətli artımı təmin etməyə kömək edəcək.

Planlaşdırılan investisiyaların həcmi “Samsung”un 2017-2021-ci illərdə yeni texnologiyaların inkişafına yatırdığı investisiyalardan 30%-dən artıqdır.

“Bloomberg” öz növbəsində qeyd edir ki, Samsung ölkənin yeni prezidenti vəzifəyə başlayarkən investisiya planlarını təqdim edən azsaylı şirkətlərdən biridir. Mayın 10-da beş illik səlahiyyət müddətinə başlayan yeni seçilmiş prezident Yoon Seok-yeol korporasiyaların güclü tərəfdarı olub və onları iqtisadi inkişaf planlarında əsas sütuna çevirəcəyini vəd edib.

Son xəbərlər
Digər xəbərlər