7 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Samsung” televizorları NFT alıb-satmağa imkan verəcək

“Samsung” televizorları insanlara NFT almağa və satmağa imkan verəcək.

Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, yeni funksiya “Micro LED”, “Neo QLED” və “The Frame” modellərində əlçatan olacaq.

“NFT Platform” adlanan yeni tətbiq istifadəçilərə uyğun tokenləri tapmağa, almağa və satmağa kömək edəcək. Platforma çoxsaylı NFT ticarət platformalarını dəstəkləyir, buna görə də istifadəçilər nəinki bu və ya digər tokeni vizual olaraq qiymətləndirə, eləcə də blokçeyn metadatası da daxil olmaqla digər təfərrüatlara baxa biləcəklər.

Bundan əlavə, “Samsung” yeni “Smart Colibration” texnologiyasını yaradıb. Onun vasitəsilə televizorun parametrlərini NFT-nin spesifikasiyasına uyğun olaraq tənzimləmək mümkün olacaq.

Son xəbərlər
Oxşar xəbərlər