9 C
Baku
Thursday, December 12, 2024

“Samsung” Texasda çip istehsalına $44 mlrd. sərmayə qoyur

Cənubi Koreyanın “Samsung” şirkəti Texasda yarımkeçirici istehsalına sərmayələrini iki dəfədən çox, ümumilikdə 44 milyard dollar artırmağı planlaşdırır, bu barədə “The Wall Street Journal” yazıb.

Şirkət Texasın paytaxtı Ostin yaxınlığındakı Taylor şəhərində daha bir çip istehsalı zavodu, eləcə də tədqiqat və inkişaf mərkəzi tikmək niyyətindədir, mənbələr nəşrə bildiriblər.

“Samsung” 2022-ci ildə fəaliyyətə başlayacaq qabaqcıl çip istehsalı zavodunun tikintisinə artıq 17 milyard dollar sərmayə qoyub. Mənbələrin bildirdiyinə görə, ikincinin tikintisinin 20 milyard dollardan çox başa gələcəyi gözlənilir.

“Samsung” – “Intel” və “Tayvan Semiconductor Manufacturing” (TSMC) ilə birlikdə dünyada süni intellekt (AI) və müdafiə texnologiyaları üçün lazım olan qabaqcıl yarımkeçiricilər istehsal edə bilən üç şirkətdən biridir.

Şirkətin Texasla bağlı gələcək inkişaf planlarını aprelin 15-də açıqlayacağı gözlənilir.

2022-ci ilin avqustunda ABŞ prezidenti Co Bayden ölkədə yarımkeçirici istehsalı və inkişafını stimullaşdırmaq üçün 52.7 milyard dollarlıq subsidiya nəzərdə tutan qanunu imzalayıb.

Mart ayında “Bloomberg” Çinin çip istehsalı və qabaqcıl texnologiyaların inkişafını dəstəkləmək üçün 27 milyard dollardan çox vəsait toplamaq istədiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər