3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Samsung” üçqat qatlanan planşet təqdim edib – Video

“Samsung” şirkəti üçqat qatlana bilən elastik ekranlı planşetlərin prototipini təqdim edib.

Banker.az xəbər verir ki, yeniliklər arasında “Flex S” və “Flex G” planşetləri, eləcə klaviaturasız işləyən “Flex Note” noutbuku nümayiş etdirilib.

Vurğulanır ki, qatlanmış halda cihazlar bir ovuca yerləşir, açıldıqda isə böyük planşet ölçüsündə olur. “Flex G” – ekranı içəriyə doğru qatlanan cihazlardan ən kiçiyidir – ondan yalnız açılmış şəkildə istifadə etmək mümkündür.

Eyni zamanda şirkət “Flex Note” noutbukunu təqdim edib. Kompüter çevik ekranla təchiz olunub və ikiqat qatlanır: devaysın yuxarı hissəsi displey rolunda çıxış edir, aşağı hissəsi isə düymələri və idarəetmə elementləri göstərir.

“Ars Technica”nın qeyd etdiyi kimi, “Flex S”, “Flex G” və “Flex Note” tam funksiyalı cihazlar deyil, “Samsung Display” bölməsinin hazırladığı prototiplərdir.

Son xəbərlər
Oxşar xəbərlər