Samsung-un yeni qatlana bilən smartfon modelinin adı bəlli oldu

0

   Artıq 1 aydan sonra Samsung şirkəti yeni qatlana bilən smartfon modelini təqdim etməlidir. Bir çoxları həmin smartfonu şərti olaraq Galaxy Fold 2 adlandırırdılar. Lakin əslində isə smartfon tamamilə fərqli ada sahib olacaq. Ice Universe ləqəbli məşhur insayder məlumat verib ki, şirkət öz yeni qatlana bilən smartfon modelini Galaxy Z Flip adlandıracaq. Qeyd etmək lazımdır ki, Las Veqasda keçirilmiş CES 2020 sərgisi çərçivəsində şirkət bağlı qapılar arxasında yeni qatlana bilən smartfon modelini sərgiləmişdi.

    Həmin vaxtda məlumat ortaya çıxmışdı ki, smartfon Galaxy Bloom adını əldə edəcək. Lakin indi verilmiş məlumata əsasən həmin ad sadəcə prototip ad kimi çıxış edir. Son məlumat sızıntılarına əsasən Galaxy Z Flip smartfonu keçən ilin sonunda təqdim edilmiş yeni Motorola RAZR-ın dizaynında reallaşdırılacaq. Smartfon baha olmasın deyə ona Snapdragon 855 prosessoru quraşdırılacaq. Böyük ehtimal ilə Galaxy Z Flip smartfonu gələn ay Galaxy S20 flaqman  smartfon seriyası ilə birlikdə təqdim olunacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

©Technote