Artıq 1 aydan sonra Samsung şirkəti yeni qatlana bilən smartfon modelini təqdim etməlidir. Bir çoxları həmin smartfonu şərti olaraq Galaxy Fold 2 adlandırırdılar. Lakin əslində isə smartfon tamamilə fərqli ada sahib olacaq. Ice Universe ləqəbli məşhur insayder məlumat verib ki, şirkət öz yeni qatlana bilən smartfon modelini Galaxy Z Flip adlandıracaq. Qeyd etmək lazımdır ki, Las Veqasda keçirilmiş CES 2020 sərgisi çərçivəsində şirkət bağlı qapılar arxasında yeni qatlana bilən smartfon modelini sərgiləmişdi.

©Technote







