21 C
Baku
Friday, October 7, 2022

Samsung üzük və bilərziklərə ödəniş funksiyası əlavə edəcək

Banker.az saytının verdiyi məlumata görə, Cənuki Koreyanın nəhəng Samsung şirkəti saat, rezin bilərziklər, bəzək əşyaları və açarlıqlar kimi müxtəlif əşyaları NFC-çiplər ilə təchiz etməyi planlaşdırır. Bütün bu əşyalardan potensial olaraq mağazalarda ödəniş etmək mümkün olacaq.

Şirkətin bu təşəbbüsünün məqsədi – daha əvvəldən bu məqsəd üçün nəzərdə tutulmayan cihazlara ödəniş funksiyası əlavə etmək, bank hesabı olmayan insanlara daha asan ödəniş etmək imkanı qazandırmaqdır. Şirkət NFC-çiplərin quraşdırılması ilə bağlı artıq bir neçə isveçrəli saat istehsalçıları ilə müqavilə bağlaya bilib.

NFC-çipli cihazlar smartfonlar ilə qarşılıqlı fəaliyyət göstərəcək. Belə ki, mobil tətbiqetmələr vasitəsilə bu cihazları idarə etmək mümkün olacaq. Plastik kart sahibləri onları daşına bilən gadgetlər ilə əlaqələndirməli olacaq. Bank hesabı olmayan istifadəçilər isə adi ticarət nöqtələrində kassirə pulu təqdim edərək cihazlarını nağd vəsait təmin edə bilərlər.

Son xəbərlər
Oxşar xəbərlər