23 C
Baku
Thursday, April 25, 2024

“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri böyük ekran, genişbucaqlı optikaya malik üçqat kamera və 5000 milliamper/saat tutumlu akkumulyatordur.

Smartfon 6,4 düymlük ekranla təchiz edilib. Displeyin yuxarı sol küncündə 8 mp-lik, f/2.0 diafraqmalı və sabit fokusa malik selfi modul quraşdırılıb. Korpusun arxa tərəfində 13 (f/1.8), 5 (f/2.2, 115°) və 2 mp-lik (dərinlik sensoru) sensorlara malik üçqat kamera yerləşdirilib. Modelin özəlliyi “Live Focus” çəkiliş rejim dəstəyinə malik olmasıdır.

“Galaxy M11” smartfonu 1,8 QHs takt tezlikli 8 nüvəli prosessor, 3/4 QB əməli yaddaş və  32/64 QB-lıq daşıyıcı (“microSD” yaddaş kartının köməyilə 512 QB-dək artırmaq mümkündür) təchiz edilib. Prosessorun modeli haqqında məlumat yoxdur. Smartfonun akkumulyatorunun tutumu 5000 milliamper/saat təşkil edir, “USB Type-C” portu və 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.

©İctnews

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər