“Samsung” və “Apple” zirvədən düşüb

Çinin “Xiaomi” şirkəti cari ilin iyun ayında özünün əsas rəqibləri olan “Samsung” (Cənubi Koreya) və “Apple” (ABŞ) şirkətlərindən daha çox smartfon satıb.

İyun ayında “Xiaomi”nin satışları 26% artıb və qlobal smartfon satışlarının 17,1%-ni təşkil edib. “Samsung” və “Apple”ın satışlardakı payları isə müvafiq olaraq 15,7% və 14,3% təşkil edib.

Lakin araşdırmada qeyd edilir ki, “Xiaomi”nin liderliyi müvəqqəti xarakter daşıya bilər belə ki, bu yaxınlarda Vyetnamda kəskin artan COVID-19 halları “Samsung”un istehsalında dayanmalar yaradıb və yaranan boşluqdan Çin istehsalçısı istifadə edib.

Son xəbərlər
Digər xəbərlər