7 C
Baku
Thursday, December 12, 2024

Samsung və MasterCard-dan yeni kart – Şifrə əvəzinə barmaq izi

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung və Mastercard barmaq izi sensorlu kart hazırlamaq üçün əməkdaşlığa başlayıblar.

Əməkdaşlığın əsas səbəbi barmaq izi sensorlu “Samsung Card”dır. Bu kartın bütün Mastercard POS terminalları üçün keçərli olacağı və yalnız barmaq izlərinin skan edilməsi ilə işləyəcəyi bildirilir.

Mütəxəssislərin fikrincə, bu, təhlükəsizlik baxımından çox önəmlidir. Kartda şifrə əvəzinə barmaq izi sensoru tətbiq ediləcək.

Qeyd edək ki, artıq Mastercard-ın barmaq izi sensorlu başqa bir kartı var. Samsung-un imzasını daşıyan kartın təfərrüatları isə hələlik bəlli deyil.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər