26 C
Baku
Saturday, July 27, 2024

“Samsung”un vətənində “iPhone” smartfonlarının satışı qadağan edilə bilər

Cənubi Koreyada “iPhone” və “iPad” cihazlarının satışı qadağan edilə bilər. “Apple” şirkəti patent hüququnu pozmaqda şübhəli bilinir.

Banker.az ICTnews-ə istinadən bildirir ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna məxsus olan patentdən qeyri-qanuni istifadə halı ilə bağlı təhqiqata başlayıb.

Məlumata görə, məsələ mikroprosessorların yaradılması üçün texnologiya ilə bağlıdır. Həmin texnologiya “iPhone” və “iPad” cihazlarının son modellərinin istehsalında istifadə olunub. Patentdən qeyri-qanuni istifadə faktı sübut edilsə, o zaman Cənubi Koreyada “iPhone X”, “iPhone 8” və “8 Plus”, həmçinin “iPad Pro” qurğularının satışı qadağan ediləcək.

Xatırldaq ki, “Apple”nin smartfon bazarında əsas rəqibi “Samsung”dur ki, bu da C. Koreyada istehsal edilir.

Son xəbərlər
Digər xəbərlər