23 C
Baku
Wednesday, October 9, 2024

Samsung yeni “Auto Switch” xüsusiyyətli qulaqlığını təqdim edib

Samsung yeni naqilsiz qulaqlıqlarını  təqdim edib.

Banker.az xəbər verir ki, “Samsung”un yeni model qulaqlığının ən yaxşı xüsusiyyətlərindən biri  “Auto Switch” xüsusiyyətidir. “Samsung Galaxy Buds Pro” ilə gələn “Auto Switch” xüsusiyyəti cihazlar arasında keçid etməyə imkan verir. Bu nə deməkdir? Deyək ki, Samsung tabletinizdən bir video izləyirsiniz və Samsung Galaxy S21 smartfonunuz zəng çalmağa başlayır. Bu xüsusiyyət sayəsində zəng qəbul edən kimi tabletdəki video dayandırılır və qulaqcıqlar telefona bağlanır. Zəng bağlandıqda, qulaqlıqlar fasiləsiz bir təcrübə təmin edərək yenidən planşetə qayıdır.

def20617123a6e774dcca75f867292efed6c1504

Bu xüsusiyyətlərə əlavə olaraq “Galaxy Buds Pro”, səs keyfiyyətini inkişaf etmiş bir səviyyəyə qaldıracaq xüsusiyyətlərə də sahibdir. 

samsung galaxy buds pro

Belə ki, samsung qulaqlıqda standart “aktiv səs-küy ləğv xüsusiyyəti”ni istifadə etmək əvəzinə, “ətraf səsi aşkar etmək xüsusiyyəti”ni tənzimləyib. Belə ki, “Samsung Galaxy Buds Pro”, inkişaf etmiş aktiv səs-küy ləğv etmə xüsusiyyəti sayəsində biri ilə danışarkən qulaqlığa daima toxunma ehtiyacını aradan qaldırır. Yeni nəsil qulaqlıqlar nə danışdığınızı başa düşür və səs-küy ləğv etmə xüsusiyyətini buna görə tənzimləyə bilər. Qulaqlıq taxan şəxs danışanda xarici səslər müəyyən bir sürətlə alınır və qulaqlıq səsləri susdurulur.

“Samsung”un yeni nəsil naqilsiz qulaqlığı “Galaxy Buds Pro”nun qiyməti 200 dollar olacaq.

Son xəbərlər
Digər xəbərlər