“Samsung”un yeni flaqman smartfonlarını və digər yüksək texnoloji cihazlarını nümayiş etdirdiyi Galaxy Unpached təqdimatı avqustun 5-də keçiriləcək. Banker.az xəbər verir ki, bu barədə Cənubi Koreya şirkətinin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edildiyi kimi, tədbir “virtual” olacaq və bütün iştirakçılara “Galaxy cihazlarının ekosistemini tətqiq etməyə” imkan verəcək. Yayım Samsung Newsroom və Samsung.com saytlarında aparılacaq və Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Təqdimatda S-Pen qələmi, Galaxy Note 20 Ultra flaqmanı və digər maraqlı yeniliklər nümayiş etdiriləcək.