28 C
Baku
Saturday, July 27, 2024

“Samsung” yeni cihazların təqdimatını onlayn rejimdə keçirməyi planlaşdırır

Cənubi Koreyanın İT nəhəngi olan “Samsung Electronics”, yeni cihazların təqdimatını onlayn formatda keçirməyi planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə Koreyanın “Yonhap” agentliyi məlumat verib.

Agentliyin verdiyi məlumata görə, şirkətin rəhbərliyi bu addımı koronavirus pandemiyasının yayılması səbəbindən atıb.

Xatırladaq ki, hər il “Samsung” yeni məhsullarını Nyu-Yorkda keçirilən Unpacked tədbirində qədim edib, lakin bu dəfə tədbir ziyarətçilər üçün əlavə təhlükə ola bilər.

Qeyd edildiyi kimi, yaxın zamanda şirkət iki flaqman smartfon təqdim edəcək: Galaxy Note 20 və qatlanan Galaxy Fold 2.

Bundan əlavə, agentliyin verdiyi məlumata görə, “Samsung” bu təqdimatda Galaxy Tab S7 planşetini və Galaxy  Watch 2 “ağıllı” saatını təqdim edəcək.

Son xəbərlər
Digər xəbərlər