26 C
Baku
Saturday, July 27, 2024

“Samsung” yeni cihazlarını 14 yanvar 2021-ci ildə təqdim edəcək – Video

“Samsung” yeni cihazlarını 14 yanvar 2021-ci ildə təqdim edəcək.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkət öz “Twitter” səhifəsində bildirib.

Ekspertlərin sözlərinə görə, şirkət üç cihazı nümayiş etdirə bilər: Galaxy S21, Galaxy S21+ və Galaxy S21 Ultra. Qeyd edilir ki, Ultra modeli “Samsung”un istehsal etdiyi S-Pen stilusunu dəstəkləyəcək. Daha əvvəl şirkətin Galaxy Note seriyasını bağlamaq niyyətində olması xəbəri yayılmışdır, bu səbəbdən Galaxy S və Z smartfonlarını da stilusla istifadə etmək mümkün olacaq.

Yayılmış şayiələrdən biri də odur ki, “Samsung” əsas rəqibi “Apple” kimi komplektdə qulaqcıq və adapterdən imtina edə bilər.

samsung

Son xəbərlər
Digər xəbərlər