20 C
Baku
Wednesday, October 9, 2024

Samsung yeni dizaynda olan “Galaxy A32 5G” modelini gələn aydan satışa çıxaracaq

Samsung bu günə qədər ən sərfəli 5G telefonu olan Galaxy A32 5G-ni təqdim edəcək.

Banker.az xəbər verir ki, Samsung, bu gecə ən yeni flaqman telefonu Galaxy S21-i təqdim etməklə yanaşı, büdcəyə uyğun telefon axtarışında olan istehlakçıları məmnun edəcək bir elan verəcək.

Avropa bazarında satılacaq telefon, fərqli dizaynı ilə gündəmə gəlmiş kimi görünür.

Samsung Galaxy A32 5G

Samsung-un yeni 5G telefonu,  8 GB-a qədər RAM və 128 GB-a qədər yaddaş malikdir. Bütün bunlara əlavə olaraq 5000 mAh batareyaya sahib olan Galaxy A32 5G, 15 watt sürətli şarj dəstəyi vəd edir. Bundan əlavə, bu telefonun yan panelində  barmaq izi oxuyucusu sensoru var.

Bütün bu xüsusiyyətlərlə elan edilən Samsung Galaxy A32 5G, qara, ağ, mavi və bənövşəyi rənglərdə almaq olar. Samsung, bu modelin 4 GB RAM və 64 GB yaddaşa sahib versiyasının 280 avroya satılacağını deyir. Bu telefon 12 Fevral tarixindən etibarən müxtəlif Avropa ölkələrində satışa təqdim ediləcək.

Son xəbərlər
Digər xəbərlər